Putin G20 sammitində iştirak edəcək? - Kremldən açıqlama
Rusiya prezidenti Vladimir Putinin G20 sammitində iştirak formatına qərar verilməzdən əvvəl bütün amillər, o cümlədən təhlükəsizlik nəzərə alınacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“İştirakımızın formatı ilə bağlı qərar vermək üçün, ən yüksək səviyyədə dəvətin olmasına baxmayaraq təhlükəsizlik faktorları da daxil olmaqla bütün amillər nəzərə alınacaq. Sammitin ev sahibi ölkəsinə dəvətə görə minnətdarıq”, - deyə Peskov Rossiya1 kanalında yayımlanan Moskva.Kreml.Putin proqramına müsahibəsində deyib.
Qeyd edək ki, G20 liderlərinin sammiti noyabrda İndoneziyanın Bali şəhərində keçiriləcək.
Oxşar xəbərlər
Britaniya xarici işlər naziri G20 sammitində Putini “söhbətə çağırmaq” istəyir
Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Liz Trass G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşmək niyyətini təsdiqləyib. BAKU.WS "Oxu.az"a istina...