Britaniya xarici işlər naziri G20 sammitində Putini “söhbətə çağırmaq” istəyir
20
avq
2022
00:00
Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Liz Trass G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşmək niyyətini təsdiqləyib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, İndoneziya lideri Coko Vidodo Putinin Balidə keçiriləcək G20 sammitində iştirak edə biləcəyi ilə bağlı açıqlama verib. Bu açıqlamadan sonra Trass Putinlə görüşmək istəyini bildirib.
Britaniyanın müdafiə naziri bununla bağlı vurğulayıb ki, Trass Rusiya liderini “söhbətə çağırmaq” vədindən dönmür.
Oxşar xəbərlər
Sunak və Trass Britaniyada baş nazir postu uğrunda mübarizə aparacaq
Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trass Mühafizəkarlar Partiyasının rəhbəri və Böyük Britaniyanın baş naziri postu...