Putin Cənubi Qafqazda təhlükəsizliyi gücləndirmək üçün Azərbaycanla əməkdaşlığa ümid edir
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə Yeni il münasibəti ilə təbrik məktubu göndərib. O, bölgədə sülh və təhlükəsizlik naminə Bakı ilə gələcək əməkdaşlığa ümid etdiyini bildirib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.
“İlham Əliyevə ünvanlanan təbrikdə qeyd olunub ki, belə bir çətin ildə də tərəflər Rusiya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın gücünə əmin ola bildilər. Bununla yanaşı, təbrikdə Moskva və Bakının gələcəkdə də bütün istiqamətlərdə qarşılıqlı faydalı əlaqələr qurmağa davam edəcəklərinə ümid ifadə edilib”, - deyə Kremlin mətbuat xidmətindən əlavə edilib.
Məktubda Rusiya-Azərbaycan münasibətlərinin inkişafının iki xalqın təməl maraqlarına cavab verdiyi, Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə uyğun davam etdiyi vurğulanıb.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...