Priqojin: "Vaqner iyulun 1-dən etibarən fəaliyyətini dayandıracaqdı" - YENİLƏNİB

Priqojin: Vaqner iyulun 1-dən etibarən fəaliyyətini dayandıracaqdı - YENİLƏNİB
Siyasət 213

“Bu yaxınlarda “Vaqner” Xüsusi Hərbi Şirkəti Ukraynada yaxşı nəticələr əldə etdi, ən ciddi tapşırıqları yerinə yetirdi, lakin intriqalar və düşünülməmiş qərarlar nəticəsində bu bölmə 1 iyul 2023-cü ildə fəaliyyətini dayandıracaqdı”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu “Vaqner” muzdlu hərbi təşkilatının sədri Yevgeni Priqojin deyib.

“Komandirlər şurası toplandı və bu məlumatı döyüşçülərin diqqətinə çatdırdı. Heç kim Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Müdafiə Nazirliyinə keçməyə hazır olan döyüşçülər hərbi idarə ilə müqavilə imzalayıblar, lakin bu minimum saydır, 1-2 faiz. Heç bir aqressiya nümayiş etdirməməyimizə baxmayaraq, raket hücumuna məruz qaldıq və bundan dərhal sonra helikopterlər işə düşdü. “Vaqner”in 30-a yaxın döyüşçüsü öldürüldü”, - deyə o, qeyd edib.

*** 19:55

“Vaqner” özəl hərbi birləşməsi iyulun 1-dən etibarən mövcudluğunu dayandıracaq".

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Vaqner”in sədri Yevgeni Priqojin açıqlama verib.

"Heç kim Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Vaqner iyulun 1-dən etibarən mövcudluğunu dayandıracaq", - deyə Priqojin vurğulayıb.

O, həmçinin bildirib ki, heç vaxt Rusiya rəhbərliyini devirmək niyyətində olmayıb:

"Məqsədimiz Vaqnerin məhv edilməsinin qarşısını almaq idi. Yürüşümüzə ədalətsizliyə görə başladıq. Rusiya aviasiyasını vurduğumuz üçün təəssüflənirik".

Son xəbərlər