Prezidentliyə namizədlərin ödənişsiz təbliğat üçün istifadə edəcəkləri KİV-lərin SİYAHISI
22
fev
2018
19:27
Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq kütləvi informasiya vasitələrinin adlarını açıqlayıb. MSK-dan BAKU.WS-ə verilən məlumata görə, namizədlər İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, ”Xalq qəzeti”, və “Bakinski raboçi” qəzetlərində ödənişsiz seçkiqabağı təşviqat apara bilərlər. Qeyd olunub ki, adıçəkilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları prezident seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.BAKU.WS
Oxşar xəbərlər
Daha 7 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi nəfərin Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsinin təsdi...