Prezidentin tapşırığı ilə humanitar yardım aparan növbəti təyyarə Türkiyəyə uçub - VİDEO

Prezidentin tapşırığı ilə humanitar yardım aparan növbəti təyyarə Türkiyəyə uçub - VİDEO
Foto Video
Siyasət 142

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı qardaş ölkəyə yola düşüb.

BAKU.WS xəbər verir ki, 13 yük avtomobili və bir müşahidə nəqliyyat vasitəsi Bakıdan Türkiyənin zəlzələ bölgəsinə hərəkət edib.

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin komandirinin müavini, polkovnik-leytenant Fərid Qəhrəmanov deyib ki, avtomobil texnikasının gün ərzində müəyyən edilən əraziyə çatması gözlənilir.

Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.

Son xəbərlər