Prezidentin general rütbəsi verdiyi şəxslər kimdir? - DOSYE

Prezidentin general rütbəsi verdiyi şəxslər kimdir? - DOSYE
Siyasət 6423

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayb.

Sərəncama əsasən, Əlaslan Qaçay oğlu Ağayev, İslam Möhsüm oğlu Hümbətov, Əkbər Məcid oğlu İsmayılov və Əbülfət Əhəd oğlu Rzayevə general-mayor ali xüsusi rütbəsi verilib.

Dövlət başçısı tərəfindən ali xüsusi rütbələr alan Daxili İşlər Nazirliyinin zabitlərini yaxından tanıyaq.

Hümbətov İslam Möhsüm oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisidir.

O, 1964-cü ildə Füzuli rayonu Qaraxanbəyli kəndində anadan olmuşdur. 1989-cu ildə Barnaul Xüsusi Orta Milis Məktəbini, 1995-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1982-1984-cü illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1985-ci ildən daxili işlər orqanlarında xidmət edir.

DİN-in ayrı-ayrı struktur qurumlarında cinayət axtarışı üzrə əməliyyat müvəkkili, Balakən və Saatlı Rayon Polis şöbələrinin cinayət axtarışı bölməsinin rəisi, Cəlilabad və Sabirabad Rayon Polis şöbələrinin rəis müavini, paytaxtın Xəzər, Səbail, Xətai, Yasamal Rayon Polis idarələrinin rəis müavini, Göyçay və Lənkəran şəhər rayon Polis şöbələrinin rəisi vəzifələrində işləmişdir.

2019-cu ilin noyabr ayında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində və asayişin qorunmasında qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “Vətən Uğrunda”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.

Ailəlidir. Üç övladı var.

İsmayılov Əkbər Məcid oğlu 1963-cü ildə Ermənistan Respublikası, Yeravan şəhərində anadan olmuşdur. 1988-ci ildə Vladimir Xüsusi Orta Milis Məktəbini, 1997-ci ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir. 1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır.

1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində əməliyyat xidmətində müxtəlif məsul vəzifələrdə işləmişdir. O cümlədən, 2005-2020-ci illərdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi və həmin İdarənin əməliyyat işi üzrə rəis müavini, Sumqayıt ŞPİ-nin rəisi, Xətai və Yasamal RPİ-lərinin rəisi, Gəncə şəhər BPİ-nin rəisi vəzifələrində xidmət etmişdir.2020-ci ilin noyabr ayında Bakı Şəhər BPİ-nin rəisi vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli 1610 nömrəli sərəncamı ilə "İgidliyə görə" və 01 iyul 2020-ci il tarixli 602 nömrəli sərəncamı ilə "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.Ailəlidir, 3 övladı var.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) rəis təyin olunan Əbülfət Əhəd oğlu Rzayev 1968-ci ilin avqust ayının 11-də Naxçıvan MR-nin Ordubad rayonunun Behrud kəndində anadan olub. Əbülfət Rzayev 1975-1985-ci illərdə Ordubad rayonu Behrud kənd orta məktəbində orta təhsil alıb. 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.

1989-1990-cı illərdə Ukrayna Respublikası Donetsk vilayəti Kirovskoye Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri işləyib. 1990-1995-ci illərdə Ordubad rayon Behrud kənd orta məktəbində müəllim və eyni zamanda da (1990-1996-cı illərdə) M.F. Axundov adına APRDƏİ-də ali pedaqoji təhsil alıb. 1993-1998-cı illərdə BDU-nun hüquq fakultəsində ali hüquq təhsili alıb. Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi, Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin rəis müavini, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili işləyib.

Polkovnik-leytenant rütbəsi daşıyan Əbülfət Rzayev 2000-ci ildən BDU-nun hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasına müəllim də işləyir. "Konstitusiya hüququ" və "İnzibati hüquq" fənlərini bakalavr pilləsində tədris edir.

Ağayev Əlaslan Qaçay oğlu isə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisidir. Əkbər İsmayılov Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsin

Son xəbərlər