Prezidentin enerji strategiyasına həsr olunan "NUR ZƏFƏRİ" filmi təqdim olunub
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Cənab Prezident İlham Əliyevin son 20 illik fəaliyyəti nəticəsində elektroenergetika sahəsində əldə olunan nailiyyətlərə həsr edilmiş "NUR ZƏFƏRİ" adlı sənədli film hazırlanıb.
BAKU.WS xəbər verir ki, film "AzərEnerji" ASC-nin sifarişi ilə ərsəyə gətirilsə də, təkcə enerjinin istehsalı və ötürülməsi sahəsi ilə yekunlaşmayıb, eyni zamanda bütövlükdə paylayıcı şəbəkənin inkişafı, beynəlxalq enerji layihələri, eləcə də yaşıl enerji sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə əhatə olunub.
Filmdə Prezident İlham Əliyevin düşünülmüş və ardıcıl enerji strategiyası bütöv şəkildə təqdim edilib. Vurğulanıbki, dövlət başçısının rəhbərliyi dövründə elektroenergetika sahəsi təkcə bərpa olunmayıb, həm də əsaslı şəkildə yenidən qurularaq müasir, dayanıqlı və innovativ enerji sisteminə çevrilib.
Qeyd olunub ki, 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə elektroenergetika sektorunda genişmiqyaslı islahatlara başlanılıb, milli idarəetmə modeli formalaşdırılıb, generasiya və paylayıcı şəbəkələr faktiki olaraq yenidən qurulub. Onlarla yeni elektrik stansiyası inşa edilib, mövcud güclər modernləşdirilib, enerji itkiləri əhəmiyyətli dərəcədə azaldılıb və ölkənin enerji təhlükəsizliyi təmin edilib.
Filmdə Prezident İlham Əliyevin təşəbbüsü ilə paylayıcı şəbəkənin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, Bakı və regionlarda hava elektrik xətlərinin yeraltı kabel xətləri ilə əvəzlənməsi, eləcə də "ağıllı şəhər" konsepsiyasına keçid ardıcıl şəkildə əks olunur. Eyni zamanda azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə yaradılan enerji infrastrukturu milli bərpa strategiyasının mühüm tərkib hissəsi kimi təqdim edilir.
Sənədli filmdə yaşıl enerji strategiyası, COP29-a ev sahibliyi, beynəlxalq enerji layihələri və Azərbaycanın regional enerji liderinə çevrilməsi Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışının nəticəsi kimi dəyərləndirilir. "NUR ZƏFƏRİ" filmi elektroenergetika sahəsində əldə olunan uğurları, bu sahədə çalışan energetiklərin fədakar əməyini və müasir Azərbaycanın inkişaf yolunu əks etdirən sənədli ardıcıllıq kimi təqdim olunur.
Oxşar xəbərlər
İsxak Hersoq İlham Əliyevə zəng edib
Dekabrın 24-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BAKU.WS xəbər verir ki, bu barədə Azərba...