Prezidentdən ölkədəki vəziyyətlə bağlı ilk reaksiya
03
iyl
2018
10:14
İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. BAKU.WS xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumatda yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıldığı qeyd edilib. Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir.BAKU.WS
Oxşar xəbərlər
Ölkəni qaranlığa qərq edən Mingəçevir elektrik yarımstansiyasındakı partlayışın görüntüsü -VİDEO
Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Partlayış...