Prezidentdən BNA ilə bağlı SƏRƏNCAM
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.
Fərmana görə, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilsin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına verilsin.
Oxşar xəbərlər
İlham Əliyev məhkəmələrə yeni sədr və hakimlər təyin etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev apellyasiya məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri sədrlərinin, sədrl...