Prezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ

Prezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ
Siyasət 53

Prezident İlham Əliyev Qvineya-Bisau, Surinam, Bəhreyn Krallığı, Anqola Respublikası, Cibuti Respublikası, Maldiv Respublikası və Dominikan Respublikası hökumətləri ilə Azərbaycan Hökuməti arasında imzalanmış sazişləri təsdiqləyib.

BAKU.WS President.az-a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunları imzalayıb.

Sənədə əsasən,

- Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş;

- Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş;

- Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş;

- Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş;

- Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş;

- Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş;

- Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş təsdiqlənib.

Qeyd edək ki, sənədlər bu ilin sentyabr ayında Nyu-York şəhərində imzalanıb.

Son xəbərlər