Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır.
BAKU.WS xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı səsləndirib.
"Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz "öldü var, döndü yoxdur" şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir", - dövlət başçısı əlavə edib.
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıların qəbul etməsinə dair video paylaşılıb. BA...