Prezident təsdiqlədi: Azərbaycanlılar bu ölkəyə vizasız gedə biləcəklər
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev “2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanunu imzalayıb.
BAKU.WS xəbər verir ki, sənədə əsasən, “2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” 2019-cu il oktyabrın 14-də Bakı şəhərində imzalanmış Protokol təsdiqlənib.
Oxşar xəbərlər
Milli Məclis toplaşır - Bu məsələlər müzakirə olunacaq
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.BAKU.WS xəbər verir ki, bu gün iclasda aşağıdakı məsələlər müzakirə olunacaq:1. Azərbaycan Respublikası...