Prezident Təhsil Nazirliyinin səlahiyyətlərini artırdı - FƏRMAN
Yeniliklərdən dərhal xəbərdar olun
Təhsil Nazirliyinin səlahiyyətləri artırılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmanla “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Əsasnamənin 8.8-ci bəndinə əsasən, Təhsil Nazirliyi təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirmək məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya xidmətini yaradır.
Fərmanla təhsil müəssisələrinə akkreditasiya şəhadətnaməsinin verilməsi də Təhsil Nazirliyinin funksiyalarına əlavə olunub.
Həmçinin Təhsil Nazirliyi tabeliyində olan dövlət ümumi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işini təşkil edəcək.
Nazirlik özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin fəaliyyətini təşviq edəcək və dəstəkləyəcək, onlara metodik kömək göstərəcək.
Oxşar xəbərlər
Baş Nazirdən yeni qərar
Nazirlər Kabineti “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nı təsdiq edib. BAKU.WS xəbər verir ki, bununla bağlı Baş Nazir...