“Prezident tarixi qələbə ilə Azərbaycanın qarşısında yeni üfiqlər açdı” - ŞƏRH - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Müharibədən sonra, ilk dəfə olaraq cənab prezidentimiz millətimizə hüdudlarımızdan kənarda olan tarixi torpaqlarımıza diqqət yetirmək işarəsini, strategiyasını verdi”.
Bu sözləri BAKU.WS-ə Vətən Müharibəsini şərh edən Milli Məclisin deputatı Musa Qasımlı deyib.
O, bildirib ki, müharibə günlərində dövlət başçımız informasiya savaşını tək başına özü apardı, qətiyyətli şəkildə, bütün təzyiqlərə sinə gərdi:
“Əgər belə demək mümkünsə, o, təzyiqləri sol əlinin arxası ilə geri çevirdi. Müharibə, prezidentimizin yenilməz, məharətli və qüdrətli sərkərdə olduğunu zəmanəmizin ən qüdrətli dövlət adamı olduğunu təsdiq etdi. Düşmən, torpaqlarımızdan qovuldu”.
M.Qasımlının sözlərinə görə, Şuşanın 9 noyabr Dövlət Bayrağı Günü ərəfəsində azad edilməsinin də rəmzi mənası var:
“Müharibədən sonrakı mərhələ dövlət başçımızın böyük siyasətçi, mahir diplomat olduğunu göstərdi. Dahi Çin filosofu Konfutsi deyir ki, “sərkərdələrin böyüklüyü təkcə döyüş meydanında qələbə qazanmaqla ölçülmür. Böyük sərkərdələr onlardılar ki, döyüşsüz, qan tökmədən məqsədlərinə nail olurlar”.
Ağdamın, Kəlbəcərin, Laçının döyüşsüz azad edilməsi, min illər əvvəl Konfutsinin dediklərini bir daha təsdirqlədi. Cənab prezdentimiz həmin torpaqları qan tökmədən azad etdi. Azərbaycanın qarşısında yeni üfiqlər açdı. Millətimizin üstündəki ləkəni sildi. Soydaşlarımız dünyanın hər yerində qamətini dik tutaraq gəzməyə başladılar. Ona görə də bu zəfər böyük tarixi hadisədir. Müharibənin gedişində səngərdə böyük, qalib millət doğuldu”.
“Naxçıvandan Ağıstafaya, Astaradan Qusara qədər bütün Azərbaycan vətəndaşları vətən uğrunda düşmənlə döyüşə girdilər. Ona görə də, bu tarixi hadisə təkcə azərbaycanlıların qələbəsi deyil. Eyni zamanda haqsızlığa uğrayan millətlərin qələbəsidir”, - deyə deputat qeyd etdi.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...