Prezident polkovnikə Milli Qəhrəman adı verdi (FOTO)

Prezident polkovnikə Milli Qəhrəman adı verdi (FOTO)
Siyasət 1730

 

Ermənilərin aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdiyi qəhrəmanlıq və igidliyə görə polkovnik–leytenant Həmidov Şükür Nəriman oğlu prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb.

BAKU.WS azvision.az-a istinadən xəbər verir ki, polkovnik–leytenant Şükür Həmidov Ermənistan ordusu tərəfindən işğal edilən Qubadlı rayonundandır.

Qeyd edək ki, bir neçə gün öncə ölkə başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupunu Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görüb, orden və medallarla təltif edib.

BAKU.WS

Oxşar xəbərlər

Prezident şəhid mayora Milli Qəhrəman adı verib

Prezident şəhid mayora Milli Qəhrəman adı verib

Talış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olan mayor Samid İmanov prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Milli Qəhrəman (ölüm...

1741 Siyasət 14:58 20 aprel 2016

Son xəbərlər