Prezident “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, Qanunun 7.2-ci maddəsinə bu hissə əlavə edilib:
“Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərən İşçi Qrup vasitəsilə həyata keçirilir. İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Oxşar xəbərlər
Milli Məclisin növbəti plenar iclası başlayıb - 50 məsələ müzakirə olunacaq - SİYAHI
Milli Məclisin payız sessiyası üçün növbəti plenar iclası başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın...