Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Siyasət 62

Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir.

BAKU.WS həmin məktubları təqdim edir:

Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzindən:

- Hörmətli İlham Heydər oğlu,

İcazə verin, 60 illik yubileyiniz münasibətilə Sizi Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzi adından və şəxsən öz adımdan təbrik edim.

Sizin Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmlənməsinə böyük töhfələrinizi yüksək qiymətləndiririk.

Bu əlamətdar doğum gününüzdə Azərbaycanın daha da inkişafı, sülh və rifah naminə məsul fəaliyyətinizdə Sizə uğurlar, yaxınlarınıza firavanlıq arzulayırıq.

Tanrı hər zaman köməyiniz olsun!

Hörmətlə və xoş dualarla,

İsmayıl BerdiyevŞimali Qafqaz Müsəlmanlarının ƏlaqələndirməMərkəzinin sədri,Qaraçay-Çərkəz Respublikasının müftisi,

Salah-Hacı MejiyevÇeçenistan Respublikası MüsəlmanlarıRuhani İdarəsinin sədri,

Əhməd AbdullayevDağıstan Respublikası MüsəlmanlarıRuhani İdarəsinin sədri,

Hacımurad QatsalovŞimali Osetiya-Alaniya Respublikası MüsəlmanlarıRuhani İdarəsinin sədri,

Həzrətəli DzasejevKabardin-Balkar Respublikası MüsəlmanlarıRuhani İdarəsinin sədri,

Sultanəhməd KaralayevKalmık Respublikası MüsəlmanlarıRuhani İdarəsinin sədri,

Askarbiy KardanovAdıgey və Krasnodar Respublikası MüsəlmanlarıRuhani İdarəsinin sədri,

Muhammad RaximovStavropol diyarı MüsəlmanlarıRuhani İdarəsinin sədri.

***

Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Şuraya daxil olan təşkilatlar adından:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Şuraya daxil olan təşkilatlar adindan Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Vətənin rifahı naminə səmərəli fəaliyyətiniz, işgüzar və şəxsi keyfiyyətləriniz, mürəkkəb məsələləri effektiv həll etmək bacarığınız haqlı olaraq Sizə doğma Azərbaycanda və onun hüdudlarından kənarda böyük nüfuz və dərin hörmət qazandırıb.

Azərbaycanın tarixində çox böyük əhəmiyyəti olan Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Qarabağın işğaldan azad olunması Sizin uzaqgörənliyiniz, müdrik rəhbərliyiniz və dəqiq planlarınız, həmçinin cəsarətiniz, qətiyyətiniz, son məqsədə çatmağa olan qəti inamınız sayəsində əldə edilib.

Sizin xaricdəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərinə verdiyiniz qiyməti yüksək dəyərləndiririk. Biz ABŞ-da fəaliyyətimizi daha da səmərəli təşkil edərək Azərbaycan həqiqətlərini Amerika ictimaiyyətinə çatdırmaqda davam edəcəyik, buradakı mənfur erməni diasporuna qarşı informasiya mübarizəmizi daha da kəskinləşdirəcəyik.

Fürsətdən istifadə edərək, möhtəşəm Qələbə münasibətilə Sizi bir daha təbrik edir, Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Yubileyiniz Mübarək Olsun!

***

Rusiya Rəssamlıq Akademiyasının prezidenti, Rusiyanın Xalq rəssamı Zurab Seretelidən:

- Möhtərəm İlham Heydər oğlu,

Əlamətdar yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz parlaq diplomat və rəhbər, yüksək daxili mədəniyyətə malik bir insan kimi Azərbaycan Respublikasının inkişafına və XXI əsrin ən mürəkkəb problemlərinin həllinə böyük töhfə verirsiniz.

Siz Azərbaycan Respublikasında mədəniyyətin və incəsənətin inkişafına dair proqramlara ciddi dəstək verirsiniz. Bu, bir rəssam kimi mənim nəzərimdə xüsusi əhəmiyyət kəsb edir. Atanız, hər zaman mədəniyyət və incəsənət xadimlərinə səmimi rəğbət bəsləmiş görkəmli dövlət xadimi, unudulmaz Heydər Əliyevin adını daşıyan, müasir Azərbaycan mədəniyyətinin rəmzi sayılan Mərkəz çox cəhətdən Sizin səyləriniz sayəsində yaradılıb.

Rusiya Rəssamlıq Akademiyasının üzvlərinin aktual bədii layihələrinə və beynəlxalq fəaliyyətinə göstərdiyiniz diqqətə, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə dair birgə təşəbbüsləri dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə öz ehtiramımı, dəyərli fəaliyyətinizin bütün sahələrində uğurlar, Sizə və ailənizə möhkəm cansağlığı, əmin-amanlıq və firavanlıq arzularımı bildirməyə ürəkdən şadam.

***

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerdən:

- Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Azərbaycanın qazandığı bütün uğurlar, o cümlədən idman sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə Sizi təbrik edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, həyatınızda və fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

***

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan:

- Əziz İlham Heydər oğlu,

Yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin 60 yaşınız hələ cavanlıqdır. Mən bunu asanlıqla isbat edə bilərəm. Hamıya məlumdur ki, bu yaxınlarda 30 illiyini qeyd etmiş müstəqil Azərbaycan gənc dövlətdir. Deməli, əgər 30 yaş cavanlıqdırsa, onda 60 yaş ikiqat cavanlıqdır.

Bu zarafatda həqiqət çoxdur. Ona görə ki, Siz həqiqətən gəncsiniz. Gördüyünüz hər işdə cəsarət və enerji buna sübutdur.

Əziz dostum, mənim ikiqat gənc dostum, Sizə tükənməz enerji arzu edirəm. Bu enerji Sizə atanızın layiqli oğlu kimi onun başladığı işləri sona çatdırmaq və xalqının sədaqətli oğlu kimi bu xalqın böyük gələcəyini qurmaqda davam etmək üçün lazımdır.

***

Rusiya Federasiyası Tatarıstan Respublikasının birinci Prezidenti Mintimer Şaymiyevdən:

- Çox hörmətli İlham Heydər oğlu,

Əlamətdar yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Nüfuzlu dövlət xadimi, müdrik rəhbər, görkəmli şəxsiyyət olan atanızın layiqli davamçısı kimi Siz uzun illərdir doğma Azərbaycanın uğurlu inkişafını və rifahını təmin edirsiniz. Sizin qətiyyətiniz, strateji təfəkkürünüz, siyasi iradəniz xüsusi olaraq qeyd edilməlidir.

Xoş münasibətlərimizi yüksək qiymətləndirir, qardaş respublikalarımızın Heydər Əliyevlə birlikdə əsasını qoyduğumuz hərtərəfli əməkdaşlığının inkişafına görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizə səmimi qəlbdən uzun ömür, Azərbaycan xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. Sizə, nəcib xanımınıza və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq diləyirəm.

***

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattinidən:

-Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik etməkdən məmnunluq duyuram. Sizə cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar arzulayıram.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edib Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz böyük dəstəyə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.

Son xəbərlər