Prezident İlham Əliyev Xorvatiya Prezidentinə başsağlığı verib
30
dek
2020
23:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə başsağlığı məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Xorvatiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
Oxşar xəbərlər
Prezidentə məktublar: "Azərbaycan xalqının dünya xalqları arasında yenilməz bir xalq olduğunu Siz dünyaya sübut etdiniz"
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir. BAKU.WS məktublardan bir neçəsini təqdim edir: Ağabəy Az...