Prezident İlham Əliyev həqiqətləri dünayaya çatdırır - TƏHLİL

Prezident İlham Əliyev həqiqətləri dünayaya çatdırır - TƏHLİL
Siyasət 680

Sentyabrın 27-dən etibarən Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Azərbaycan Ordusu düşmən təxribatının qarşısını almaq, qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək, Qarabağ və işğal olunmuş ərazilərimizin erməni işğalından azad olunması uğrunda cavab tədbirləri görməyə başlayıb. Bu müddət ərzində Azərbaycan ordusu bir çox əraziləri işğaldan azad edib, düşmənin xeyli sayda hərbi arsenalını məhv edib və minlərlə hərbçisini zərərsizləşdirib.

Ölkə başçısı həm hərbi sahədə, həm də siyasi arenada Ermənistan üzərində qələbə çalmaq, dezinformasiyaların qarşısını almaq və erməni havadarlarının təzyiqlərinin qarşısını almaq üçün faəliyyət göstərir. Prezident İlham Əliyev “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin nüfuzlu “TRT Haber” və "Haber Global", Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində Azərbaycana qarşı “feyk-nyuslar”ı ifşa edib, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbələr vurub.

Ermənistan öldürülən hərbçiləri, məhv edilən döyüş texnikaları, RƏM sistsemləri, artilleriya qurğuları və digər arsenalındakı silahların sayı barədə qeyri-dəqiq informasiyalar təqdim etsə də, Azərbaycan prezidenti öz çıxışlarında bunların dəqiq sayı və modelini təqdim etməklə həm Azərbaycan, həm Ermənistan, həm də dünya ictimaiyyətini dəqiq məlumatlandırıb. Bundan əlavə İrəvanın guya Azərbaycan tərəfindən vurulan erməni təyyarələri ilə bağlı "feyk"ləri, Azərbaycanın suriyalılardan ibarət muzdlulardan istifadəsi ilə bağlı yalanları da İlham Əliyevin çıxışları zamanı təkzib olunub və qarşı tərəfin bu barədə sübutlar təqdim edə bilməməsi vurğulanıb.

Dövlət başçısının istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın ürəyindən xəbər verib, onun sözünü və mövqeyini ifadə edib. İlham Əliyevin Paşinyanın xarici liderlərə yalvarmasını bildirməsi, atəşkəs üçün onların dabanlarına düşüb yalamasını ifadə etməsi əslində Azərbaycan xalqının ürəyindən tikan çıxarıb. Həmçinin Azərbaycan ordusunun mütəmadi uğurları barədə dəqiq və vaxtında məlumatların verilməsi ölkə əhalisi tərəfindən təqdir olunub. Prezidentin "Azərbaycan əsgəri onları iti qovan kimi qovur" cümləsi isə Azərbaycanda ən çox təkrarlanan cümləyə çevrilib.

Onun məsələlərə operativ müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə, taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı fəaliyyəti ölkəmizi ermənilərlə müharibədə qalib tərəfə çevirib. Məhz Azərbaycan ordusunun müasir silahlarla təchiz edilməsi, peşəkar ordu birləşmələrinin mövcud olması və dünya ölkələrindən bu istiqamətdə müxtəlif dəstəklərin alınması İlham Əliyevin apardığı uğurlu siyasətin tərkib hissəsidir.

Son xəbərlər