Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Moskva üzərində olarkən dövlət başçısına AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması barədə məlumat verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bundan sonra Prezident İlham Əliyev təyyarənin dərhal geri dönməsi ilə bağlı tapşırıq verib.
Prezident təyyarəsi Moskva üzərində geri dönüş edib və Bakıya üz tutub.
Qeyd edək ki, Prezident İlham Əliyevin təyyarəsi artıq Bakıda eniş edib.
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Hazırki məlumata əsasən 32 nəfər sağdır.
Oxşar xəbərlər
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsəl...