İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub
Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub.
BAKU.WS xəbər verir ki, söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunuldu.
Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edildi.
Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulandı.
Azərbaycan və Gürcüstan prezidentləri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluqlarını bildirdilər, əlaqələrimizin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.
Görüşdən sonra dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazdı.
***11:48
Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub.
BAKU.WS xəbər verir ki, sonra dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazdı.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilib
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub. BAKU.WS AZƏRTAC -a istinadən xə...