Prezident İlham Əliyev Türkiyəyə gedir
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə səfər edəcək.
BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, səfər çərçivəsində 2023-cü ilin fevralında baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda "Azərbaycan Məhəlləsi" adı altında inşa edilən daimi yaşayış evi layihəsinin açılış mərasimi Türkiyə və Azərbaycan Prezidentlərinin iştirakı ilə keçiriləcək.
Həmçinin cari regional hadisələr, o cümlədən Türkiyə ilə Azərbaycan arasında münasibətlərə dair fikir mübadiləsinin aparılacağı da nəzərdə tutulub.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...