Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib
09
avq
2026
11:42
Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamı milli bayram münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: Biz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi oluruq
Ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafı baxımından vacib işlər görülüb. BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İl...