Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanı qəbul edib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Rebeka Qrinspan COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsi və həmin tədbirdə çox mühüm nəticələrin əldə edilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, beynəlxalq səviyyəli mühüm məsələlərin müzakirəsi üçün bu tədbirin böyük rol oynadığı vurğulandı.
Görüşdə ölkəmizlə BMT strukturları arasında uğurlu əməkdaşlığın həyata keçirilməsindən məmnunluq ifadə olundu, Azərbaycanın BMT institutlarının fəaliyyətinə verdiyi könüllü maliyyə töhfələri qeyd edildi.
Ölkəmizin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi bildirildi, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri sahəsindəki nailiyyətləri yüksək qiymətləndirildi.
Oxşar xəbərlər
Dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığı: "TRT Haber"dən xüsusi REPORTAJ
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, Türkiyənin "TRT Haber" telekanalı Azərbaycan Silahlı Qüvvələri Günü mün...
