Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi ilə görüşü olub.
BAKU.WS xəbər verir ki, söhbət zamanı Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə qalxması, hazırda iqtisadi-ticari əlaqələrimizin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirildi.
Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında imzalanmış Anlaşma Memorandumundan irəli gələn enerji, bağlantılar, süni intellekt və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparıldı.
Azərbaycanın və ABŞ-ın biznes dairələri arasında birbaşa əlaqələrin yaradılmasının və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyinə toxunuldu, turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edildi.
Kuş Çoksi biznes imkanlarının dəyərlərindirilməsi üçün geniştərkibli heyətlə tezliklə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirdi.
***19:27
Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi ilə görüşü olub.
Oxşar xəbərlər
Azərbaycan Məkkə Konvensiyasına qoşulub
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı haqqında Məkkə Konvensiyasın...