Prezident İlham Əliyev Misirdə işgüzar səfərdədir
12
okt
2025
17:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.
BAKU.WS xəbər verir ki, Şarm Əl-Şeyx şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Misirin gənclər və idman naziri Əşrəf Subhi və digər rəsmi şəxslər qarşılayıb.
Qalereya
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb...