Prezident İlham Əliyev: Antoni Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi
Antoni Blinkenin siyasəti, əslində, ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
"Biz onilliklərlə həmin münasibətləri qururduq. Biz ABŞ-la etibarlı, yaxın tərəfdaş idik və onlar bizimlə idi, biz onlara lazım olanda, biz onlarla idik. İraqa gəldikdə biz, bəli, Əfqanıstana gəldikdə, bəli. Biz qeyri-NATO ölkəsi olaraq 2001-ci ildə Əfqanıstandakı əməliyyatlara qoşulduq və biz sonuncu (oranı – red.) tərk edən tərəf olduq", - deyən dövlətimizin başçısı vurğulayıb ki, lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər və bu, Azərbaycanda böyük məyusluq yaratdı.
Oxşar xəbərlər
İran Azərbaycandan su alacaq?
Dünyada iqlim tarazlığı sürətlə pozulur, su ehtiyatları isə təhlükəli dərəcədə azalır. Qlobal quraqlıq artıq təkcə ekoloji deyil, sosial və siyasi nəticələr doğ...