Prezident: “Heydər Əliyevin vəsiyyətlərindən biri ərazi bütövlüyünün bərpası idi, biz bunu yerinə yetirmişik”
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz bugünkü Azərbaycanın Heydər Əliyevin əsəri olduğunu deyəndə tamamilə haqlıyıq və onun yolu ilə gedirik”.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində söyləyib.
Dövlətimizin başçısı deyib ki, biz Heydər Əliyevin davamçılarıyıq:
“Əlbəttə, vəziyyətin spesifikası nəzərə alınmaqla, dəyişən dünya nəzərə alınmaqla, Azərbaycanın müasir imkanları nəzərə alınmaqla və qarşımızda duran çağırışlar nəzərə alınmaqla onun yolu ilə gedirik. Onun bizə qoyub getdiyi vəsiyyətlərdən biri ərazi bütövlüyünün bərpası idi ki, bunu iki il əvvəl şərəflə yerinə yetirmişik”.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...