Prezident: "Hər an yeni təxribata biz hazır olmalıyıq və hazırıq"
"Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Hər an yeni təxribata biz hazır olmalıyıq və hazırıq".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində deyib.
Azərbaycan Silahlı Qüvvələrinin hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdə olduğunu bildirən dövlətimizin başçısı vurğulayıb:
"Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir".
Oxşar xəbərlər
BMT-nin Baş katibi: Bakıda COP29-da finiş xəttinə çatmaq üçün bizə ciddi təkan lazımdır
Bakıda keçirilən COP29-da müzakirələrin finiş xəttinə çatmaq üçün bizə ciddi təkan lazımdır. Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş özünün X səhifəsində...