Prezident: Ermənistanın yeni hökuməti bölgə üçün təhlükə mənbəyidir
21
sen
2018
22:52
Ermənistanın yeni hökumətinin addımları göstərir ki, bu adamların heç bir biliyi yoxdur və bu, bölgə üçün böyük təhlükə mənbəyidir.Bunu Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı deyib.İlham Əliyev vurğulayıb ki, Ermənistanda gedən proseslərə baxdıqda istər-istəməz müəyyən paralellər meydana çıxır: "1992-ci ildə də Azərbaycanda hakimiyyətə insanlar meydanlardan, küçələrdən gəlmişdilər. Onların heç bir təcrübəsi, siyasi biliyi yox idi. Onlar iqtisadiyyatın nə olduğunu bilmirdilər. Ümumiyyətlə, onlar cəmiyyətdə elementar davranış qaydalarını gözləmirdilər. Nəticədə Azərbaycan xalqı o hakimiyyətə cəmi bir il dözə bildi və ondan sonra onlar siyasi səhnədən birdəfəlik çıxarıldılar. Ermənistanda da biz eyni mənzərəni görürük. Meydanda çığırıb-bağıranlar bu gün yüksək postlara təyin olunur, heç bir təcrübəsi olmayan insanlar bu gün Ermənistanın taleyini həll edirlər".Dövlət başçısı əlavə edib ki, yeni hökumət tərəfindən atılan addımlar onu göstərir ki, bu adamların heç bir biliyi, hazırlığı yoxdur və bu, nəinki Ermənistan üçün, bölgə üçün böyük təhlükə mənbəyidir:"Bir tərəfdən, - mən bunu artıq bir dəfə demişəm, - indiki Ermənistan hakimiyyəti nə qədər çox hakimiyyətdə qalsa, bizim üçün bir o qədər yaxşıdır. Çünki o, mövcud olan problemlərin üstünə problemlər gətirir. Onsuz da Ermənistan işğalçılıq siyasətinə görə böhran, tənəzzül içindədir. Rəsmi statistikaya görə orada yoxsulluq 30 faizə, amma real vəziyyətdə 50 faizə çatır. Kütləvi işsizlik, depopulyasiya, insanların kütləvi şəkildə köçü baş verir. İqtisadi inkişaf üçün heç bir əsas yoxdur. Heç kim investisiya qoymaq istəmir, bazar məhduddur, xarici bazarlara çıxış yoxdur. Bu mövcud problemlər, üstəgəl işğalçılıq. Onların işğalçılıq siyasəti faktiki olaraq əvvəlki kriminal rejimin çökməsinə gətirib çıxardı. Amma biz görürük ki, indi yeni hökumət də eyni yolla getmək istəyir. Bu ağır, çətin vəziyyətdən xilas üçün Ermənistanın yeganə yolu var, o da bizim torpaqlarımızdan çıxmaqdır. Ondan sonra onların inkişafı üçün şərait yaradıla bilər. Əgər onlar işğalçılıq siyasətini davam etdirmək istəyirlərsə, bilməlidirlər ki, bunun axırı olmayacaq. Bunun axırı onlar üçün çox pis olacaq".BAKU.WS
Oxşar xəbərlər
Prezidentdən Dağlıq Qarabağla bağlı mühüm AÇIQLAMA
Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq.BAKU.WS-in məlumatına görə, bunu Prezident İlham Əliyev Milli Məclisdə Azə...