İlham Əliyev: “AXC-Müsavat hakimiyyəti dövrü tariximizdə qara ləkədir...”
28
may
2018
22:44
“Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməyiblər”.BAKU.WS-in məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda söyləyib.Dövlət başçısı deyib ki, onlar üzərlərinə düşən yüksək məsuliyyəti dərk etməyib və gənc, müstəqil dövləti demək olar ki, idarəolunmaz vəziyyətə salıblar, 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr, hallar ölkəmizin müstəqilliyini sual altına qoyub: “Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşdü və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yarandı.AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi. Bir sözlə, o illər bizim tariximizdə qara ləkədir, rüsvayçılıq illəridir. Azərbaycan xalqı cəmi bir il o antimilli hakimiyyətə dözə bildi və bir ildən sonra o hakimiyyəti tarixin arxivinə göndərdi. Azərbaycan xalqı öz liderinə - Heydər Əliyevə müraciət edib, onu hakimiyyətə dəvət etdi və nə qədər müdrik xalq olduğunu bir daha göstərdi”.BAKU.WS
Oxşar xəbərlər
Prezident: "Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır"
“Biz heç vaxt imkan verməyəcəyik ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti qurulsun"."Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliy...