İlham Əliyev: "Ermənistan razılaşdırılmış görüşü ləğv etdi"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev litvalı həmkarı ilə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
"Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir", - deyə dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan və Litva prezidentlərinin mətbuata bəyanatlarla ÇIXIŞI
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Bu barəd...