Prezident: "Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq"

Prezident: Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq
Siyasət 1125

"Biz səbr göstəririk. Əlbəttə ki, Gəncə vəhşicəsinə atəşə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk".

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi müsahibədə deyib.

Dövlət başçısı bildirib ki, dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq:

"Bizim münasibətimiz belədir. Biz heç vaxt sivillərə qarşı müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir".

Son xəbərlər