Prezident Cənub Qaz Dəhlizi layihəsinin icrasında iştirakına görə Avropa İnvestisiya Bankına təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa İnvestisiya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq məmnunluq doğurur. Azərbaycanın Avropa İttifaqı ilə çox sıx əlaqələri var”.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Münhendə Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer ilə görüşündə deyib.
Azərbaycanın inkişaf gündəliyində duran rəqəmsal transformasiya, bərpa olunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi konsepsiyası haqqında məlumat verən dövlətimizin başçısı Avropa İnvestisiya Bankının hər üç sahə üzrə ölkəmizin yaxın tərəfdaşı ola biləcəyini vurğulayıb.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin icrası prosesində Avropa İnvestisiya Bankının maliyyə tərəfdaşı kimi yaxından iştirakına görə təşəkkürünü bildirib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...