Prezident: "Bir aydan sonra Şuşada TDT-nin qeyri-rəsmi Zirvə görüşü keçiriləcək"
Yeniliklərdən dərhal xəbərdar olun
"Düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq".
BAKU.WS xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib.
Bu gün nəqliyyat əlaqələrinin qurulmasının və genişləndirilməsinin Türk dünyasının birləşməsi ilə sıx bağlı proses olduğunu deyən dövlətimizin başçısı bildirib:
“Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var”.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...