Prezident “Azərenerji”yə 12 milyon manat ayırdı
30
noy
2018
19:02
Prezident İlham Əliyev kiçik və orta elektrik stansiyalarının təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda qeyd edilir ki, “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 12 milyon manat ayrılsın.Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.BAKU.WS
Oxşar xəbərlər
Basqalda yeni məktəb tikintisinə 1 milyon manat ayrılıb
Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərənc...