Prezident: "Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək"
Yeniliklərdən dərhal xəbərdar olun
Bu yaxınlarda biz öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik. Hərəsi 115 min tonluq üç böyük tanker alınıb. Bu, Azərbaycan tarixində ilk dəfədir. Tankerlərə “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib.
Bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.
“Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Biz onsuz da var idik. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim “Aframax” tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir. Lazım olarsa, onların sayını biz artıra bilərik” – deyə dövlətimizin başçısı bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...