Prezident: Azərbaycan gücləndikcə, ona qarşı Qərbdən çirkin media kampaniyası aparılır
Azərbaycan gücləndikcə, öz potensialını tam işə saldıqca, ona qarşı Qərbdən çirkin media kampaniyası aparılır.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
"Baxın, indi Azərbaycan gücləndikcə, necə deyərlər, öz potensialını tam işə saldıqca, yenə də bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır. Yəni bizi qaralayırlar, Azərbaycan haqqında hər gün yalan, iftira, böhtanla dolu yazılar dərc edilir", - dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Prezident İlham Əliyev Türk dünyası, Qafqaz, İslam aləminin birgə gücündən bəhs edib. BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sentyabrın 15-də...