Polşa Prezidenti: “Azərbaycan Dağlıq Qarabağ məsələsində bizim dəstəyimizə arxalana bilər”
31
may
2019
18:41
“Siz ərazi bütövlüyü məsələsinə toxundunuz və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bildirdiniz. Bilirik ki, bu məsələ uzun illərdir həll olunmamış qalır”.Bunu bu gün Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyev ilə sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında bildirib.A.Duda deyib ki, hazırda Polşa BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyük: “Biz bəyan etmək istəyirik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları əsasında həllində hər zaman bizim dəstəyimizə arxalana bilər. Biz bu problemin sülh yolu ilə həll olunmasında Sizə yardım edəcəyik. İstəyirik, arzumuzu bildirək ki, bu, belə də olsun. Biz istərdik ki, Minsk qrupu çərçivəsində aparılan danışıqlar bundan sonra da davam etsin və müsbət nəticələr gətirsin. Beləliklə, bu uzunmüddətli münaqişə öz həllini tapa bilər”.Polşa Prezidenti Avropa İttifaqı ilə Azərbaycan arasında çərçivə sazişinə dair aparılan danışıqların da tezliklə başa çatdırılmasını istədiklərini vurğulayıb: “Bu, həm Azərbaycan vətəndaşları, həm də Avropa İttifaqı vətəndaşları üçün imkanlar yaradacaq. İstərdik ki, Azərbaycan həmçinin Dünya Ticarət Təşkilatına üzvlük baxımından da nəticələr əldə etsin. Əslində bu da bizim ikitərəfli iqtisadi münasibətlərimizə müsbət təsir göstərəcək”.
Oxşar xəbərlər
Prezident: “İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalıdır”
“Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, bu səfər Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcək”.Bunu bu gün Azərbaycan Prezidenti...