Polşa Azərbaycana yeni səfirini təyin edib

Polşa Azərbaycana yeni səfirini təyin edib
Siyasət 409
Polşa Respublikasının Prezidenti Andjey Duda iyulun 9-da iki yeni səfiri postlarına təsdiqləyib.BAKU.WS ölkənin Xarici İşlər Nazirliyinin rəsmi məlumatına əsasən xəbər verir ki, Rafal Poborski Polşanın Azərbaycandakı səfiri təyin olunub. O, bu vəzifədə Marek Tsalkanı əvəz edəcək.Rafal Poborski 1976-cı ildə doğulub. Varşava Universitetinin şərqşünaslıq fakültəsini bitirən diplomat 2005-2006-cı illərdə Polşa XİN-in Avropa departamentində attaşe, 2006-2016-cı illərdə isə Şərq Siyasəti Departamentində çalışıb.O, 2016-cı ildə “EXPO-2012” Beynəlxalq Sərgi Təşkilatının diplomatik dəstək üzrə işçi qrupunun üzvü olub.Polşanın ikinci təyinatı isə NATO-dakı yeni daimi nümayəndəsidir. Bu vəzifəyə isə ixtisasca hüquqşünas olan Tomas Şatkovski təyin olunub. T.Şatkovski bu postda Marek Jolkovskini əvəzləyəcək.

Oxşar xəbərlər

Polşa Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Polşa Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Polşa Respublikasının Prezidenti Andjey Duda mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Ə...

848 Siyasət 23:36 30 may 2019

Son xəbərlər