Polkovnik son döyüşdəki bilinməyənlərdən danışdı: "Düşmən Fizulidə mövqeləri tutmağa çalışıb"
Ermənilər ötən ilin aprelində qarşılaşdığı məğlubiyyətin əvəzini çıxmaq üçün cəbhədəki vəziyyəti gərginləşdirir.
BAKU.WS sia-ya istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi akademiyasının müəllimi, hərbi ekspert, polkovnik Xətai Baxışovun fikirlərini "Kavkazskiy uzel" saytı qeyd edib.
"Erməni tərəfi ötən il Lələ Təpə yüksəkliyi və Talış kəndi ətrafında itirdikləri ərazilərin revanşını almaq üçün məqsədyönlü təxribatlara əl atır", - deyən polkovnikin sözlərinə görə, düşmən itirilmiş mövqeləri geri almağa cəhd edib, ancaq buna nail ola bilməyib:
"Ona görə bu dəfə zərbə nöqtəsini dəyişiblər və Xocavənd-Fizuli istiqamətində onlara sərf edən mövqeləri tutaraq, Beyləqan və Ağcabədi rayonlarını Ağdam, Tərtər və Bərdə rayonları ilə birləşdirən strateji avtoyolu tutmağa çalışıblar. Bu baş versəydi, hərbi birləşmələrin, eləcə də mülki vətəndaşların həmin istiqamətdəki hərəkətlərində çətinlik yaradacaqdı, amma düşmən buna nail ola bilmədi".
BAKU.WS
Oxşar xəbərlər
Polkovnik ermənilərin hücuma keçməsinin əsas səbəbini AÇIQLADI
Ermənilərin cəbhədə vəziyyəti gərginləşdirməsi və hücuma keçməsində məqsəd ötən ilin aprelinə itirdiklərinin qisasını almaqdır. Bizdə olan məlumatlara görə də h...