Polkovnik şəhid qardaşı oğlunun nəşi qarşısında çıxış etdi - VİDEO

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin şöbə rəisi Polkovnik İbrahimov Elman Adil oğlunun qardaşı oğlu XTQ baş leytenantı İbrahimli Adil Asəm oğlu Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub.
BAKU.WS xəbər verir ki, polkovnik qardaşı oğlunun nəşi qarşısında dayanaraq çıxış edib:
“Mənim qardaşım oğlu şəhid olub. Belə oğullarımız çoxdur. Bütün Azərbaycan xalqının qarşısında baş əyirəm. Bu təkcə mənim qardaşım oğlu deyil, el oğludur. Bizim başımız aşağı idi. Amma indi alnıaçıq, üzüağıq. İndi bütün azərbaycanlılar fəxr edir ki, bizim belə qeyrətli oğlanlarımız var. Ağlamaq lazım deyil, sevinc göz yaşları tökün”.
Qeyd edək ki, Polkovnik İbrahimov Elman Adil oğlunun həmçinin dayısı oğlu - XTQ-nin leytenantı Qənbərli Elton Baba oğlu, dayısı nəvəsi - XTQ-nin giziri Sadiqli İbrahim Şahin oğlu da vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.
Qalereya
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - VİDEO
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib. BAKU.WS Prezident İlham Əliyevin xalqa müraciətini təqdim edir: -Əziz həmvətənlər. Mən...
