Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasının İLDÖNÜMÜDÜR
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasından bir il ötür.
BAKU.WS xəbər verir ki, hər iki yüksəkrütbəli hərbçi 2020-ci ilin iyulun 14-də Tovuz döyüşləri zamanı ön xəttdə qəhrəmancasına şəhid olublar. Həmin gün daha 3 hərbçimiz şəhid olur.
Bununla da Polad Həşimov Azərbaycanın şəhid olan ilk general rütbəli hərbçisi oldu.
Genralın xatirəsi Bakıda, Sumqayıtda və Qəbələdə əbədiləşdirilərək küçələrə verilib. Bundan əlavə, Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.
5 gün davam edən Tovuz döyüşləri Azərbaycanın qələbəsi ilə yekunlaşır və döyüşlər zamanı Azərbaycan Ordusunun 12 hərbçisi şəhid olur.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...