Polad Bülbüloğlu: Moskvada 2500-dən çox Azərbaycan vətəndaşı səs verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada 2500-dən çox Azərbaycan vətəndaşı səs vermək və vətəndaşlıq borcunu yerinə yetirmək istəyini bildirib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
Səfir vurğulayıb ki, ölkənin müstəqillik dövründə ilk dəfə olaraq prezident seçkiləri işğaldan azad edilmiş torpaqlar da daxil olmaqla, Azərbaycanın bütün ərazisində keçəcək.
“Moskvada biz iki seçki məntəqəsi açdıq. Çünki Rusiya paytaxtında olan 2500-dən çox vətəndaşımız səs vermək və vətəndaşlıq borcunu yerinə yetirmək istəyini bildirib. Bundan başqa, Yekaterinburq və Sankt-Peterburqdakı baş konsulluqlarımızda da səsvermə başlayıb. Mən tamamilə əminəm ki, müdrik Azərbaycan xalqı bu gün düzgün seçim edəcək”, - deyə diplomat vurğulayıb.
Oxşar xəbərlər
Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib - SİYAHI
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsd...