Pınar Altuğ: “Bu qədər otellər, kruizlər varkən niyə tələbələri yataqxanadan çıxardırıq?”

“Bu qədər otellər, insanlara cüzi məbləğ müqabilində ya da pulsuz veriləcək evlər, kirayə götürüləcək kruizlər varkən, niyə zəlzələ bölgəsindəki vətəndaşları universitet yataqxanalarına köçürüb, tələbələri oradan çıxardırıq?”
BAKU.WS xəbər verir ki, bu sözləri türkiyəli məşhur aktrisa Pınar Altuğ deyib.
Aktrisa zəlzələ bölgəsində evsiz qalan insanların yaşayış yerləri ilə təmin olunmasının alternativ variantları olduğu halda, onların tələbə yataqxanalarına yerləşdirilməsinə qəti şəkildə etiraz edib:
“Bəlkə o tələbələrin də ailələrində zəlzələdə həlak olanlar var. Bəs görəsən onların gedəcək evləri var? Bunları onlardan soruşdunuz?”
Oxşar xəbərlər
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Qeyd edək ki, fevralın 6-...
