Pezeşkian İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşdüyünü bildirib
İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ilə görüşüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Məsud Pezeşkian İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin məsul şəxsləri ilə görüşdə bu məsələyə toxunub.
O, İranın Ali Rəhbəri ilə görüşünün səmimi atmosferdə keçdiyini bildirib.
"Bu yaxınlarda Ali Rəhbər Ayətullah Seyid Müctəba Xamenei ilə görüş keçirdim. Görüş səmimi şəraitdə baş tutdu və müzakirələr təxminən iki saat yarım davam etdi", - İran Prezidenti deyib.
Pezeşkian qeyd edib ki, görüş qarşılıqlı hörmət mühitində baş tutub.
İran Prezidentinin sözlərinə görə, "düşmənlərin əsas məqsədi ictimai narazılıq yaratmaq, insanları küçələrə çıxarmaq, idarəetmə strukturunu zəiflətmək və nəticədə ölkəni parçalamaq idi".
"Lakin İran xalqı ordu, hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri ilə birlikdə vəziyyəti ən yaxşı şəkildə idarə etdi və bu ssenarilərin gerçəkləşməsinə imkan vermədi", - o əlavə edib.
Oxşar xəbərlər
BƏƏ-nin energetika naziri WUF13-də ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək
Azərbaycanda keçiriləcək WUF13-də BƏƏ nümayəndə heyətinə ölkənin energetika naziri Süheyl Əl-Məzrui rəhbərlik edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki...