Paşinyan regiondakı vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan regiondakı vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
İclasda ölkə Prezidenti Vaaqn Xaçaturyan, parlament sədri Alen Simonyan və digər rəsmi şəxslər iştirak ediblər.
"Regionda təhlükəsizlik vəziyyəti və nəqliyyat kommunikasiyalarının normal fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub", - məlumatda bildirilib.
N.Paşinyan müvafiq tapşırıqlar verib.
Qeyd olunub ki, Ermənistan Təhlükəsizlik Şurasının həftə ərzində üçüncü iclası keçirilib.
Oxşar xəbərlər
Ermənistan və ABŞ TRIPP-in icrasını müzakirə edib
Ermənistan və ABŞ-nin işçi qrupları videokonfrans formatında "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsinin icrasını müzakirə ediblər. BAK...