Paşinyan: İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan və Azərbaycan vətəndaşları arasında ikitərəfli ticarətin başlanması təhlükəsizliyin ən etibarlı təminatlarından biri olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Biz bu layihəni ("Tramp marşrutu"nu – red.) həyata keçiririk ki, daha çox Ermənistan vətəndaşı Azərbaycanın nəqliyyat infrastrukturundan təhlükəsiz istifadə edə bilsin və əksinə. Biz təhlükəsizlik, sabitlik, sülh və təminatlardan çox danışırıq. Əgər on minlərlə Ermənistan və Azərbaycan vətəndaşı qarşı tərəfin nəqliyyat infrastrukturundan istifadə etsə və ikitərəfli ticarət olsa, bu, təhlükəsizliyin ən etibarlı təminatlarından biri olacaq", - o bildirib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...