Paşinyan: Ermənistan sülh gündəliyinə sadiqdir
01
apr
2025
22:12
Ermənistanın baş naziri Nikol Paşinyan Monteneqro baş nazirinin xarici və Avropa məsələləri üzrə müavini Filip İvanoviçi qəbul edib.
"Report" xəbər verir ki, onlar regional əhəmiyyətli məsələləri müzakirə ediblər.
Xüsusilə, Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilə layihəsinin razılaşdırılması barədə danışılıb. Paşinyan Ermənistan hökumətinin sülh gündəliyinə sadiqliyini vurğulayıb.
Öz növbəsində, F. İvanoviç Monteneqronun regionda sülh və sabitliyin təmin edilməsi səylərinə dəstəyini ifadə edib.
Oxşar xəbərlər
Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri Xəlilür Rəhmanla görüşüb. BAKU.WS xəbər verir ki, bu barədə Az...